Xarici işlər naziri AŞ Nazirlər Komitəsi sədrini qəbul edib
Bizi izləyin

Nida.az

Xarici işlər naziri AŞ Nazirlər Komitəsi sədrini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasörün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasörün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika/az-a verilən məlumata görə, görüş əsnasında E.Məmmədyarov Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövründə Azərbaycanın təşkilatın fəaliyyətinə öz töhfəsini verəcəyini bildirib.

A.Brasör Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik dövründə Azərbaycanın bəyan etdiyi prioritetlərin Avropa Şurasının gündəliyində aktuallıq kəsb edən məsələlər olduğunu bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə toxunan nazir vurğulayıb ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm