Türkiyə ilə hərbi əməkdaşlıq müzakirə edildi
Bizi izləyin

Nida.az

Türkiyə ilə hərbi əməkdaşlıq müzakirə edildi

Azərbaycanda səfərdə olan Türkiyə milli müdafiə nazirinin müşavirinin köməkçisi general-leytenant Osman Ünlü Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev tərəfindən qəbul olunub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Publika.az-a verilən məlumata görə, görüşdə DSX ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı, Quru Qoşunları, Jandarm Qüvvələri və Sahil Mühafizəsi arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi bildirilib, DSX və Türkiyə Silahlı Qüvvələri arasında hər il imzalanan "Əməkdaşlığa dair Tədbirlər Planı"nın icrası sayəsində səmərəli fəaliyyətin təşkil olunmasının, o cümlədən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin və təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub.

Müzakirələr zamanı Azərbaycan Respublikası dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti və sərhəd mühafizə infrastrukturunun möhkəmləndirilməsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat verilib, birgə əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm