Milli Şuradan qarşılıqlı ittihamlara münasibət
Bizi izləyin

Nida.az

Milli Şuradan qarşılıqlı ittihamlara münasibət

KXCP sədri Mirmahmud Mirəlioğlu iclasdan bir gün öncə bildirmişdi ki, o qurumun adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürəcək

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Şurası ilk yığıncağını keçirib.Bu barədə Publika.Az –a Milli Şuranın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Şurasının 22 yanvar 2014-cü ildə keçirilən ilk yığıncağında obyektiv səbəbdən qatıla bilməyən bir neçə nəfər istisna olunmaqla əksər üzvlər iştirak edib və toplantı tam işgüzar mühitdə keçib: “Yığıncaqda qarşılıqlı ittihamların müzakirə edilməsi ilə bağlı bəzi KİV-lərin yaydığı xəbərlər tamamilə əsassızdır, nə də burada qurumun adının dəyişdirilməsi ilə bağlı təklif səsləndirilməyib. Koordinasiya Şurasının yığıncağında ölkədəki mövcud ictimai-siyasi vəziyyət dəyərləndirilib və Milli Şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Ölkədə demokratik seçki mühitinin yaradılması uğrunda mübarizə Milli Şuranın qarşıdakı dönəmdə əsas hədəflərindən biri sayılıb”.
Milli Şura milli lider Rəsulzadənin 130 illiyi ilə bağlı 28 yanvarda konfrans keçirəcək və yanvarın 31-də saat 12-də böyük liderin Novxanıdakı abidəsinə ziyarət törəni təşkil edəcək. Koordinasiya Şurasında bu tədbirlər və Rəsulzadənin yubileyi ilə bağlı başqa tələblər müzakirə edilib.

“Milli Şuranın gələcək fəaliyyətinin qurulması ilə bağlı müzakirələr aparılıb və bu məsələ növbəti yığıncaqda da davam etdiriləcək. Yaxın günlərdə Milli Şuranın komissiyaları da bu istiqamətdə müzakirələrə başlayacaq”-deyə qeyd edilib.

Qeyd edək ki, KXCP sədri Mirmahmud Mirəlioğlu iclasdan bir gün öncə bildirmişdi ki, o qurumun adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm