YAP bu şəxslərin partiyaya üzv olmasına qadağa qoydu
Bizi izləyin

Nida.az

YAP bu şəxslərin partiyaya üzv olmasına qadağa qoydu

YAP bu şəxslərin partiyaya üzv olmasına qadağa qoydu

“Partiyaya üzvlüyə qəbul qaydalarını sərtləşdiririk”.

Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq üzvlüklə bağlı bir neçə detalı nəzərə alırlar: “Belə ki, hər müraciət edən şəxsi partiya sıralarına qəbul etmirik. Xüsusilə də müəyyən yaş həddində olan insanları. Çünki YAP 22 ildir fəaliyyət göstərir, 60 yaşlı insanlar var ki, üzvlük üçün bu günə qədər müraciət etməyib, bundan sonra üzv olmaq istəyir. Təbii ki, 60 yaşından sonra belə addım atan şəxs bizi maraqlandırır. “Bu günə qədər harda idin?” sualı yaranır”.

S. Novruzov əlavə edib ki, bu qaydada müəyyən istisnalar var.

“Elə şəxslər var ki, uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb və qanun ona partiya mənsubu olmağa icazə verməyib. Lakin elələri də var ki, ona qanun belə qadağa qoymayıb, amma 60 yaşdan sonra gəlir ki, üzv olmaq istəyirəm. Biz hər bir insanın istənilən partiyaya daxil olmaq, partiya mənsubluğu daşımaq hüququnu tanıyırıq. Bu qanunla tənzimlənir. Lakin bizim partiya nizamnaməmiz var və biz bunun tələblərindən çıxış edərək belə bir qərar vermişik. Bunun doğru olduğunu hesab edirik”,– deyə YAP rəsmisi vurğulayıb.
S. Novruzov qeyd edib ki, rayon-şəhər təşkilatlarına bununla bağlı müvafiq tapşırıqlar verilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm