“Agentləriniz dezinformasiya verir”– Şeyxin qardaşı
Bizi izləyin

Nida.az

“Agentləriniz dezinformasiya verir”– Şeyxin qardaşı

“Agentləriniz dezinformasiya verir”– Şeyxin qardaşı cavab verdi

“Bu media orqanı yenə də düz olmayan informasiyalar yayır. Mənim belə bir şirkətim yoxdur”.

Bu barədə QMİ sədri Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadə Publika.az-a açıqlamasında yas çadırlarının qadağan olunmasında ona bağlı MMC-nin rolu olması haqda yazılanlara münasibət bildirərkən deyib.

C. Paşazadə bu xəbərləri yayanlara məsləhət vermək istədiyini açıqlayıb.

“Ola bilsin ki, onların əvvəllər agentləri olub və xəbərlər verib. İndi isə o agentlər dezinformasiya verir. Məsləhət verirəm ki, yerlərdəki agentləri dəyişsinlər. Artıq həmin agentlər onlara yox, başqa qəzetlərə işləyirlər. Onlara isə dezinformasiya verirlər. yenə deyirəm, mənim belə bir şirkətim yoxdur. Şeyxin qardaşı olduğum üçün hərdən dinlə bağlı mənə də müraciət edirlər. Mən də hər kəs kimi yas mərasimlərə gedir, orda iştirak edirəm. Başqa cür deyilənlərlə heç bir əlaqəm yoxdur”,–deyə C. Paşazadə bildirib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti yas çadırlarının yığışdırılması ilə bağlı araşdırma aparıb. Qəzetə daxil olan məlumata görə, mərasim çadırlarının ləğv edilməsi təklifi “Təzə Pir” məscidindən fəaliyyət göstərən “Bağı-Nur” MMC tərəfində irəli sürülüb. Sözügedən şirkət şeyxin deputat qardaşı Cavanşir Paşazadəyə məxsusdur. “Bağı-Nur” MMC-nin Bakıda və rayonlarda yerləşən məscidlərdə yeni mərasim zalları fəaliyyət başlayıb. “Bağı-Nur” MMC-nin təkcə “Təzə Pir” məscidindən 5 böyük mərasim zalı yerləşir.

Xatırladaq ki, bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsi yas çadırlarının ləğvi ilə bağlı təklif irəli sürüb. Buna səbəb çadırların radikal dini cərəyanların nümayəndələrinin toplanması üçün əlverişli məkana çevrilməsidir. Təklifdə yas mərasimlərinin məscidlərdə, yaşayış evlərinin yaxınlığında xeyir-şər üçün nəzərdə tutulmuş yerlərdə keçirilməsi göstərilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm