“Şeyxin oğlu hüquq, qızı isə din sahəsini araşdırır”– Ailədən münasibət
Bizi izləyin

Nida.az

“Şeyxin oğlu hüquq, qızı isə din sahəsini araşdırır”– Ailədən münasibət

“Şeyxin oğlu hüquq, qızı isə din sahəsini araşdırır”– Ailədən münasibət

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadə şeyxin oğlunun alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etməyə hazırlaşdığına münasibət bildirib.

C. Paşazadə Publika.az-a açıqlamasında deyib ki, şeyxin özü tarix elmləri doktorudur: “Şeyx tarix fakültəsində təhsil alıb, bununla yanaşı, dini təhsili də var. Onun dindarlığı isə lap əvvəldən olub, hələ uşaq vaxtlarından Qurani-Kərimi oxumağı bilib. Həm də tarix elmləri üzrə professordur. Onun da övladları bu və ya digər formada dinə bağlı insanlardır. Lakin elmi sahədə fəaliyyət göstərirlər və bu çox normal bir şeydir. Oğlu hüquq üzrə gedirsə, qızının müdafiə etdiyi sahə “Qadın və din”lə bağlıdır. Onların uğurları bizi çox sevindirir və hər zaman dəstək olmağa çalışırıq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məlumatına görə, Məhəmməd Paşazadə Komissiyaya hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. Onun müdafiə etməyə hazırlaşdığı elmi iş “Azərbaycan Respublikasının cinayət prosesində prosessual forma və onun təkmilləşdirilməsi istiqamətləri” adlanır. M. Paşazadə elmi işinin müdafiəsinə 31 may 2014-cü il tarixində çıxacaq.

Şeyxülislam Allahşükür Paşazadənin 5 qızı, 1 oğlu var. Oğlu Məhəmməd Paşazadə türk iş adamı Əli Evsenin qızı ilə evlidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm