Etibar Məmmədov oğluna toy etməsi xəbərindən danışdı
Bizi izləyin

Nida.az

Etibar Məmmədov oğluna toy etməsi xəbərindən danışdı

Etibar Məmmədov oğluna toy etməsi xəbərindən danışdı

Etibar Məmmədov oğluna toy etməsi xəbərindən danışıb.

AMİP lideri E. Məmmədov Publika.Az-a açıqlamasında oğluna toy etmədiyini deyib. Bildirib ki, bu xəbərləri jurnalistlər uydurur.

“Oğluma toy etmirəm. Bu xəbərləri hardan çıxarırlar? Yalan məlumatdır”-deyə o bildirib.

Qeyd edək ki, AMİP-dən modern.az-a verilən məlumata görə, E. Məmmədov bu gün böyük oğlu Ayxan Məmmədovu evləndirir.

Məlumata görə, toy Bakıdakı məşhur “Sonalar sonası” restoranında olacaq. Mərasimə AMİP-çilərlə yanaşı Etibar Məmmədovun digər siyasi qurumlarda təmsil olunan siyasətçi yoldaşlarının da dəvət olunduğu bildirilir. Etibar Məmmədovun kiminlə quda oğlmağına gəlincə isə sayt bunu dəqiqləşdirə bilməyib.

Məlumata üçün bildirək ki, E. Məmmədovun iki oğlu, bir qızı var.

Ayxan Məmmədov Azərbaycan Turizm İnstitutunun tələbəsidir. O, həm də AMİP Gənclər Təşkilatının sədridir. Onun 22 yaşı var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm