"Qarabağ münaqişəsi İranın xeyrinə deyil"
Bizi izləyin

Nida.az

"Qarabağ münaqişəsi İranın xeyrinə deyil"

Dağlıq Qarabağ münaqişəsinin həll olunması İranın xarici siyasətinin əsas hədəflərindən biridir. Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsin Pakayin bu gün İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə deyib.

M.Pakayin deyib ki, heç şübhəsiz bölgənin təhlükəsizliyinin təmini İran üçün çox önəm daşıyır və elə buna görə çalışırıq Dağlıq Qarabağ münaqişəsi öz həllini tapsın.

"Bu münaqişə İranın Azərbaycan və Ermənistanla sərhədlərinin bir hissəsini əhatə edir. Azərbaycan və Ermənistan arasında qarşıdurma bu iki ölkənin xeyrinə deyil və əlbətdə İranında xeyrinə deyil", -deyə Pakayin bildirib.

O, əlavə edib ki, İran bəlli bir zaman çərçivəsində Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik edib.

"Lakin hazırda elə görsənir ki, münaqişə tərəfləri Qarabağ probleminin ATƏT-in Minsk qrupu çərçivəsində həllini istəyirlər. Minsk qrupu 20 ildir fəaliyyət göstərir, lakin münaqişənin həlli üçün heç bir addım atmayıb", -deyə Pakayin bildirib.

Pakayin deyib ki, ATƏT-in Minsk qrupuna üzv ölkələr Qarabağ münaqişəsinin həllində maraqlı deyil.

Qeyd edək ki, İran dəfələrlə bildirib ki, əgər münaqişə tərəfləri istəyərsə, İran Dağlıq Qarabağ probleminin həllində vasitəçilik etməyə və problemin həllinə yardım etməyə hazırdır. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm