Cəbhədə gərgin vəziyyət davam edir
Bizi izləyin

Nida.az

Cəbhədə gərgin vəziyyət davam edir

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 18 dəfə pozulub.

Nazirliyin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çaylı, Çiləbürt kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm