Nida.az
T-90-ların alınmasına rəsmi münasibət
Müdafiə Nazirliyi Azərbaycanın Rusiyadan 100 ədəd T-90S tanklarının alınması məsələsinə aydınlıq gətirib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Vaqif Dərgahlı Rusiya KİV-lərində bu ölkənin Azərbaycana 100 ədəd Т-90S (T-90C) tankının göndərilməsini başa çatdırması barədə yayılan xəbərə münasibət bildirib: "Silahlı Qüvvələrin müasir silah-sursat və texnika ilə təminatı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında müvafiq tapşırıqlarına əsasən mərhələlərlə icra olunur.
Silahlı Qüvvələrin hərtərəfli təminatı keyfiyyət, kəmiyyət və qiymət baxımından ən sərfəli və etibarlı tərəfdaşlarla həyata keçirilir. Bu, ordunun hərbi-texniki bazasının möhkəmləndirilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması baxımından ən yüksək tələblərə cavab verməsinə xidmət edir".
Qeyd edək ki, Rusiyanın İTAR-TASS agentliyi mayın 23-də Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidməti direktorunun müavini Konstantin Biryulinə istinadən məlumat yayıb ki, Rusiya Azərbaycana 100 ədəd Т-90S (T-90C) tankının göndərilməsini başa çatdırıb və Bakıya tankların bu həcmdə ikinci partiyasının göndərilməsi barədə opsion da mövcuddur. Lakin ikinci hissə üzrə hələlik müqavilə bağlanmayıb /Trend/.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO