Moskva azərbaycanlıya görə yenidən qarışa bilər
Bizi izləyin

Nida.az

Moskva azərbaycanlıya görə yenidən qarışa bilər

Moskva azərbaycanlıya görə yenidən qarışa bilər

Rusiya azərbaycanlılara görə yenidən qarışa bilər.

Bu barədə Moskvada fəaliyyət göstərən Azərbaycan diaspor üzvlərindən biri Publika.az-a deyib.

Belə ki, mayın 14-də Rusiyanın Xanti-Mansiysk şəhərində adı açıqlanmayan 19 yaşlı azərbaycanlı gəncin 23 yaşlı qız tanışını bıçaqlaması rus millətçiləri arasında yeni narazılıq yaradıb. Mənbə millətçilərin virtual aləmdə miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı kampaniyaya başladığını bildirib.

“Bu hadisə Moskvadan kənarda baş verdiyi üçün hələ ki sakitlikdir. Əgər bu, Moskvada olsaydı, indi bura dağılırdı. İnsanların çoxunun məlumatı yoxdur. Amma bir neçə millətçi saytları var ki, yeni kampaniyaya başlayıb. Onlar bu hadisədən sonra miqrantların ölkədən qovulması çağırışlarının edirlər”-deyə mənbə qeyd edib.

Qeyd edək ki, ötən il Azərbaycan vətəndaşı Orxan Zeynalovun Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu öldürməsi böyük ajiotaj doğurmuşdu.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm