“Müsavat yenilənməyə məhkumdur”
Bizi izləyin

Nida.az

“Müsavat yenilənməyə məhkumdur”

“Müsavat yenilənməyə məhkumdur”

“Müsavat yenilənməyə məhkumdur və əminəm ki, yenilənmiş, populizmdən tam xilas olmuş Müsavatın siyasi mübarizəsi daha səmərəli olacaq”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanının müşaviri Səxavət Əlisoy “facebook” səhifəsində yazıb. Müsavatın da qüsurlarının olduğunu deyən başqan müşaviri qeyd edib ki, bu barədə öncə müsavatçıların özləri düşünməlidir: “Partiya üzvünün hürriyyəti olmalıdır, yoxsa demokratik dəyərlər uğrunda mübarizədən danışmaq əbəsdir”.

O, Müsavatı həzm edə bilməyənlərə də ismarıc yollayıb.

“İdeoloji olaraq Müsavata nifrət edənlərə bir sözüm yoxdur. Nədən ki, bolşevik təfəkkürü ilə müsavatçılıq daban-dabana ziddir. Ambisiyalara rəğmən, Müsavatı gözü götürməyənlərin halına acıyıram. Bir şeyi unudurlar ki, müsavatçılığı insanların beynindən silmək mümkün olan iş deyil. Təkəbbür sahibləri qəbul etmək zorundadır, Müsavat Partiyası Azərbaycanda demokratiyaya sayğı göstərən birinci partiyadır. Müsavatdan savayı bütün siyasi qurumlarda partiyadaxili demokratiya, demək olar ki, yox dərəcəsindədir. İsbatlamağa ehtiyac yoxdur. Siyasi partiyaların yüzdə 99-u sədrlərə padşah kimi baxırlar. Şəkk edənlər baxsın qəzetlərə, sosial şəbəkələri izləsin”,–deyə S. Əlisoy bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm