General partiya sədri ilə hərbi eksperti üz-üzə qoydu - Ağır sözlər
Bizi izləyin

Nida.az

General partiya sədri ilə hərbi eksperti üz-üzə qoydu - Ağır sözlər

General partiya sədri ilə hərbi eksperti üz-üzə qoydu- Ağır sözlər

Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərova ağır ittihamlar irəli sürüb.

Publika.Az xəbər verir ki, V. Hacıbəyli Ü. Cəfərovda zabit şərəfinin olmadığını deyib: “Mən yazmışdım ki, Üzeyir Cəfərovun zabit şərəfi yoxdur. Bu gün buna bir daha əmin oldum. Çox murdar adamdı. General Bağır Fətullayev barəsində yazıb ki, onun əsli nəcabəti bəlli deyil. İnsanlara bu cür asanlıqla çamur atmaq üçün son dərəcə ləyaqətsiz olmaq lazımdı. Yazır ki, bədnam Rusiya vətəndaşı olan, əsli nəcabəti bilinməyən Bağır Fətullayev məsələsində olduğu kimi əvvəl belə bir adamın Silahlı Qüvvələr sırasında xidmət etməməsi haqqında məlumat veririsiniz, sonra da bu utanmaz çıxıb deyir ki, mən xidmət edirəm. Bildiyim qədər general Bağır Fətullayev yalnız bir sayta müsahibə verib ki, orada da Azərbaycan Ordusunda xidmət etdiyini deməyib. Mən də onunla şəxsi söhbət əsasında yazmışdım ki, həmin general mülki şəxs kimi müqavilə əsasında Hərbi akademiyada dərs deyib. Müqavilə müddəti bitdikdən sonra onunla yeni müqavilə bağlanmadığından gedib xərçəng xəstəliyindən əziyyət çəkən qızına baş çəkməyə”.

B. Fətullayevin məsələ ilə bağlı açıqlamasını da paylaşan V. Hacıbəyli bildirib ki, əgər Üzeyir Cəfərov sifarış yerınə yetirmirsə, murdar niyyəti yoxdursa, niyə və hansı məqsədlə ərazilərimizin işğaldan azad olunması üçün labüd müharibə ərəfəsində ən yüksək hazırlıqlı, təcrübəli generala daim şər atır, onu bədnam adlandırır, hər vəchlə nüfuzdan salır, şantaj və böhtandan əl çəkmir?

“Bağır bəylə görüşəndə ona dedim ki, bəlkə özü təşəbbüs göstərib Üzeyir Cəfərovla görüşsün, ona vəziyyəti hərtərəfli izah etsin. O vaxt mən hələ Ü. Cəfərovu ləyaqətini itirmiş adam kimi tanımırdım və elə bilirdim ki, bu məsələdə bəlkə vicdanlı şəkildə yanılır. General o adamla görüşməyi şəxsiyyətinə sığışdırmadığını dedi. İndi görürəm ki, düz deyirmiş. Bəlkə də bu sifariş deyil, xudpəsəndlikdi, başından böyük danışmaq vərdişidi. Bəlkə də sadəcə, paxıllıqdı. Hər bir halda ayıb olsun”-deyə partiya sədri qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm