Qarabağ münaqişəsi İsveçrə gündəliyində – Müzakirələr
Bizi izləyin

Nida.az

Qarabağ münaqişəsi İsveçrə gündəliyində – Müzakirələr

Qarabağ münaqişəsi İsveçrə gündəliyində – Müzakirələr

İsveçrənin paytaxtı Bern şəhərinin yaxınlığında yerləşən məşhur Hünigen Qəsrində mayın 26-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr təşkil olunub.

Publika.az xəbər verir ki, görüş hazırda ATƏT-ə sədrlik edən İsveçrə Xarici İşlər Nazirliyi ilə Beynəlxalq Sülh İnstitutu təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Azərbaycan və Ermənistan nümayəndə heyətilə yanaşı münaqişənin həllində vasitəçilik edən əksər beynəlxalq təşkilatlar iştirak edib. Tədbirin əhəmiyyətini nəzərə alaraq ATƏT-in Minsk qrupunun bütün həmsədrləri sözügedən görüşə qatılıblar. Müzakirələrdə Azərbaycanı Azərbaycan Diplomatiya Akademiyası (ADA) və İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) təmsil edib.

CESD-nin sədri Vüqar Bayramov bildirib ki, tədbirdə həmsədrlərin iştirakı ilə münaqişənin həlli yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb: “Eyni zamanda post-münaqişə dövrünün potensial iqtisadi və siyasi təsirləri də qiymətləndirilib”.

Vüqar Bayramov görüşdə müzakirə edilən məsələlərin detalı ilə bağlı indiki məqamda mətbuatın məlumatlandırılmamasının razılaşdırıldığını deyərək əlavə informasiya verməyib. Müzakirələrin bu formatda növbəti aylarda da davam etdirilməsi razılaşdırılıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm