Əli Kərimli ilə İsa Qəmbəri kim barışdıra bilər?
Bizi izləyin

Nida.az

Əli Kərimli ilə İsa Qəmbəri kim barışdıra bilər?

Əli Kərimli ilə İsa Qəmbəri kim barışdıra bilər?

Hazırda küsülü olan AXCP və Müsavatın Fransa prezidenti ilə görüşə birgə qatılması “küsülüləri kim barışdıra bilər?

sualını gündəmə gətirdi. Həmin görüşdən sonra onların barışacağı ehtimal olunsa da, Olland gedəndən sonra münasibətlər yenə əvvəlki kimdir.

Maraqlıdır, Ollandın barışdıra bilmədiyi küsülüləri kim barışdıra bilər?

Müsavat başqanının keçmiş müavini, politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirib ki, Qərb bu iki partiyanın barışmasını istəyirdi, amma...

“Qərb işini- gücünü atıb, bununla məşğul olmaz. Məncə, partiyaların barışması təbii surətdə baş verməlidir. İndiki küsülülüyün səbəbkarı ciddi ambisiyaları olan liderlərdir. Liderlər dəyişsə və praqmatik düşüncəli, siyasəti sözün həqiqi mənasında ambisiya meydanına çevirməyən insanlar gəlsə, iki partiya barışa bilər”,– deyə politoloq qeyd edib.

Lakin o hesab edir ki, hansısa üçüncü şəxs iki küsülünü barışdırmaq gücündə deyil. Q. Hüseynli bildirib ki, hadisələrə yanaşmada mövcud təfəkkürün hökmranlığı şəraitində çətin ki, onları üçüncü şəxs yaxınlaşdıra bilsin: “Siyasi rəhbərliyə daxil olan adamlar arasında barışmaz münasibətlər formalaşıb. Partiyanın sıravi üzvlərinin münasibətləri yenə əvvəlki kimidir. Düşmənçilik partiyalar arasında deyil, barmaqla sayılacaq insanlar arasındadır ki, onlar da siyasi münasibətləri formalaşdırır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm