Əli Əliyev Eldəniz Quliyevi yenidən məhkəməyə verir
Bizi izləyin

Nida.az

Əli Əliyev Eldəniz Quliyevi yenidən məhkəməyə verir

Əli Əliyev Eldəniz Quliyevi yenidən məhkəməyə verir

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Eldəniz Quliyevə qarşı qaldırdığı iddia təmin edilməyib.

Bu barədə Publika.Az-a danışan E. Quliyev deyib ki, məhkəmədə onun vəkili iştirak edib: “Mənə qarşı qaldırılan iddiada faktlar yetərsiz sayılıb və təmin edilməyib. Bundan sonra məsələnin qapanıb-qapanmayacağı VİP-dən asılıdır”.

VİP sədri Əli Əliyev isə Publika.Az-a açıqlamasında məsələnin qapanmadığını deyib. Bildirib ki, onlar məhkəməyə müraciət etmək üçün yenidən hazırlaşırlar: “Biz sona qədər davam edəcəyik. Bizim iddianı məhkəmə sənədlərin düz olmamasına görə təmin etmədi. Sənədləri yenidən hazırlayırıq və yenidən birinci instansiya məhkəməsinə müraciət edəcəyik”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm