Nida.az
Zakir Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub - FOTOLAR
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsi, onların imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, ərazidəki yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub.
General-polkovnik Zakir Həsənov uçuş və mühəndis-texniki heyətlə keçirilən görüşdə hərbi qulluqçuların ruh yüksəkliyiynin və döyüş əzminin bir daha şahidi olmuş, şəxsi heyətin diqqətinə peşəkarlığın daim artırılaraq onun yüksək səviyyədə saxlanılması və uçuş hazırlığının təkmilləşdirilməsilə əlaqədar tələbləri çatdırıb.
Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilib, şəxsi heyət medal və qiymətli hədiyyələrlə təltif olunub.
Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və keyfiyyətli yerinə yetirilməsi, hərbi şəhərcikdəki yaşayış və məişət şəraitinin yaxşılaşdırılması, hazırda həyata keçirilən və planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı