Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Bizi izləyin

Nida.az

Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Respublika Günü ilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.


Təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dost Azərbaycan quruculuq yolu ilə inamla irəliləyir, onun nüfuzu beynəlxalq aləmdə durmadan möhkəmlənir.
Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə söykənən müsbət dinamikası bizim strateji tərəfdaşlığımızın möhkəm olduğunu təsdiq edir.


Əminəm ki, bizim istər ikitərəfli əsasda, istərsə də MDB-nin inteqrasiya mexanizmləri çərçivəsində sıx qarşılıqlı fəaliyyətimiz ölkələrimizin xalqlarının rifahı, həmçinin qlobal və regional təhlükəsizliyin və sabitliyin təmin olunması naminə bundan sonra da inkişaf edəcəkdir.


İlham Heydər oğlu, Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına xoşbəxtlik, uğurlar və firavanlıq arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm