İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidentini təbrik edib

Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Pyotr Poroşenkoya təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidentinin təbrikində deyilir:

"Ukraynada keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan ilə Ukrayna arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm