“Bizimlə Moskva arasında nifaq salmaq istəyirlər”
Bizi izləyin

Nida.az

“Bizimlə Moskva arasında nifaq salmaq istəyirlər”

“Bizimlə Moskva arasında nifaq salmaq istəyirlər”

“Qarabağ problemimizin həllində həm Türkiyə, həm də Rusiya faktoru böyükdür. Amma rus liderinin iki dodaq arasından çıxacaq fikri Yerevanda oturanlar üçün bir ciddi mesajdır”.

Publika.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Əməkdaşlıq İnstitutunun Ekspertlər Şurasının üzvü, politoloq Adıgözəl Məmmədov “avrasiya”-ya müsahibəsində deyib. Onun sözlərinə görə, əslində bizim Rusiyadan uzaqlaşmağımızı ən çox istəyənlər bizə qarşı qəsbkar siyasəti həyata keçirənlərdir: “Ona görə ki, onların strateji məqsədi bizlə Moskva arasında nifaq salmaqdır. Rusiyadan biz uzaqlaşdıqca Qarabağ dərdimizin həlli də uzanacaqdır!”.

A. Məmmədov Rusiyadakı Azərbaycan diasporundan da danışıb. Bildirib ki, oradakı diaspor təşkilatlarımız monolit olmasa da, Rusiya iqtisadiyyatının tam mərkəzindədir: “Ona görə də xırda intriqaları yerə qoyaraq, doğma Azərbaycanımız naminə hamı bir nəfər kimi çalışmalıdır! Mən onların əksəriyyətini tanıyıram və onların Vətən üçün necə yandıqlarını görmüşəm. Onların bu potensialından millətimiz naminə yetərincə yararlanmalıyıq. Amma unutmaq lazım deyil ki, onlar Rusiya vətəndaşlarıdır və öz dövlətlərini də sevirlər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm