Sabiq icra başçısı Quba iğtişaşlarına görə deputatı günahlandırır - CAVAB - YENİLƏNDİ
Bizi izləyin

Nida.az

Sabiq icra başçısı Quba iğtişaşlarına görə deputatı günahlandırır - CAVAB - YENİLƏNDİ

Çalışırdım ki, onu deputat kimi yola verim. Gərək deputat və icra başçısı əl-ələ verib millət və dövlət üçün yaxşı çalışsın.

Vahid Əhmədov Musa Musayevə cavab verdi - AÇIQLAMA

Milli Məclisin Qubadan seçilmiş deputatı Vahid Əhmədov Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rauf Həbibov ilə arasında problemlərin olması barədə söylənilən fikirlərə cavab verib.

Deputat V.Əhmədov Publika.Az-a açıqlamasında deyib: “Bizim aramızda heç bir problem olmayıb. Normal münasibətlərimiz olub. Sadəcə olaraq proses elə gətirdi ki, Qubada o hadisələr baş verdi. Hazırda isə Rauf Həbibovla heç bir əlaqəm yoxdur”.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, sabiq millət vəkili və icra başçısı Musa Musayev Publika.Az-a açıqlamasında deyib: “Gərək deputat və icra başçısı əl-ələ verib millət və dövlət üçün yaxşı çalışsın.

Deputat icra hakimiyyəti başçısı ilə baş-başa gəlməmlidir. Qubada baş verən hadisələr də onu göstərdi ki, ovaxtkı icra hakimiyyəti başçısı ilə oranın deputatı olan Vahid Əhmədov arasında problemlər var idi. Bu, açıq-aşkar özünü göstərirdi. Ona görə də icra hakimiyyəti başçısı işini, vəzifəsini, cənab Prezidentin yanında etimadını itirdi. Gərək bu cür hallara imkan verilməsin. Belə vəziyyətdə ən çox əziyyət çəkən də insanlar olur”.

Vasif Həsənli

15.03

Sabiq icra başçısı Quba iğtişaşlarına görə deputatı günahlandırır?

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, sabiq millət vəkili və icra başçısı Musa Musayev Milli Şurada baş verən son proseslər, sabiq millət vəkili Gültəkin Hacıbəyli və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev ilə bağlı maraqlı açıqlamalar verib.

Sabiq deputat M.Musayev Publika.Az-a açıqlamasında Milli Şurada baş verən son proseslərə münasibət bildirib: “Mən hələ ötən il demişdim ki, Milli Şuranın axırı yoxdur. Çünki bu qurumda toplaşan şəxslər mənəm-mənəmlik iddiası ilə yaşayan və şəxsi mənafeyini güdən adamlardır. Onlar 90-cı illərin əvvəllərində necə 1 il hakimiyyətdə tab gətirə bilmədilərsə, eyni ilə həmin Milli Şuranın da ömrü bir il çəkmədi. Milli Şuranın dağılması gözlənilən idi. Mən əvvəlcədən də proqnoz vermişdim ki, Milli Şuranın axırı yoxdur, bu qurum gec-tez dağılacaq və oradakı adamlar da bir-birlərini biabır edəcəklər. Dediklərim doğru çıxdı. İndi Milli Şura üzvləri bir-birlərinə qarşı söyüş söyməsi, bir-birlərini təhqir etməsi artıq açıq müstəviyə keçib”.

M.Musayev Milli Şuranın üzvü olan sabiq deputat Gültəkin Hacıbəylinin ünvanına da sərt fikirlər söyləyib: “Milli Şurada olan Gültəkin Hacıbəyli və digərlərinin heç bir perspektivi qalmayıb. Yaxşı misal var: hayla gələn huyla gedər. Əgər Gültəkin Hacibəylinin mövqeyi olsaydı, o zaman 10 il Milli Məclisin deputatı və YAP üzvü olduğu üçün bu cür səhv hərəkətlərə yol verməzdi. Bu adam özü də dəfələrlə etiraf edib ki, o olduğu yerlərə olduğu zaman xidmət edir. İnsanın bir əqidəsi, bir mövqeyi olar. Əgər sən əvvəlcədən YAP-a xidmət edirdinsə, o zaman vəzifədə olub-olmamağından asılı olmayaraq sonadək bu partiyada da qalmalı idin. Düşünürəm ki, bütün bu cür hərəkətlərin başında bir şey dayanır, o da şəxsi mənafedir. Bu adamlar üçün şəxsi mənafe xalqın və dövlətin mənafeyindən üstündür. Buna görə də onların aqibəti bu cür acınacaqlı olur.

Mən deputatlığa namizəd olarkən Elşad Abdullayev mənə qarşı çıxmışdı. Sonda onun aqibəti hər kəsə bəllidir. Sonra icra başçısı olanda da Gültəkin Hacıbəyli mənə qarşı çıxdı. Onun da vəziyyəti göz qabağındadır. O, əqidəsini satmış adamdır. Mən icra başçısı olanda Gültəkin Hacıbəyli mənə qarşı çıxırdı, mənim xəbərim olmadan göstərişlər verirdi və sairə. Mən bir neçə dəfə xəbərdarlıq etdim ki, deputatsansa get öz işinlə məşğul ol. Çalışırdım ki, onu deputat kimi yola verim. Gərək deputat və icra başçısı əl-ələ verib millət və dövlət üçün yaxşı çalışsın.

Deputat icra hakimiyyəti başçısı ilə baş-başa gəlməmlidir. Qubada baş verən hadisələr də onu göstərdi ki, ovaxtkı icra hakimiyyəti başçısı ilə oranın deputatı olan Vahid Əhmədov arasında problemlər var idi. Bu, açıq-aşkar özünü göstərirdi. Ona görə də icra hakimiyyəti başçısı işini, vəzifəsini, cənab Prezidentin yanında etimadını itirdi. Gərək bu cür hallara imkan verilməsin. Belə vəziyyətdə ən çox əziyyət çəkən də insanlar olur”.

Hazırda heç bir dövləti vəzifəsinin olmadığını vurğulayan M.Musayev deyib: “Mənim işsiz olmağımın 4 ili tamam olur. Ancaq mən əqidəmə və partiyama xəyanət etmədim və heç zaman da etmərəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm