“Utanmasan, oynamağa nə var ki?!”– AXCP-yə cavab
Bizi izləyin

Nida.az

“Utanmasan, oynamağa nə var ki?!”– AXCP-yə cavab

“Utanmasan, oynamağa nə var ki?!”– Fazil Mustafadan AXCP-yə cavab

“Bu çox qeyri-ciddi yanaşmadır. Deyir, “utanmasan, oynamağa nə var ki”.

Bu barədə Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Publika.az-a açıqlamasında cəbhəçilərin Əli Kərimlini Rəsulzadədən sonra ən böyük siyasətçi adlandırmalarına münasibət bildirərkən deyib.

F. Mustafa qeyd edib ki, hər kəs özünə qəhrəman, mübariz, mücadilə adamı deyirsə, bütün dürüstlüyü olmayan insanlar özlərini qəhrəman kimi təqdim etsə, ondan qəhrəmanların xatırlanmasına ehtiyac qalmaz.
“Bu, o qədər qeyri-ciddi yanaşmadır ki, açığı, izahını verməkdə çətinlik çəkirəm. Ona görə də bu məsələyə cavab vermək doğru deyil”,– deyə o bildirib.

Qeyd edək ki, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Əli Kərimlinin 28 May–Respublika günü ilə bağlı yazdığı statusa münasibət bildirərkən belə deyib: “Çəkinmədən deyirəm ki, Əli Kərimli siyasi tariximizdə Rəsulzadədən sonra ən uzun müddətli və ardıcıll istiqlal və hürriyyət savaşı verən adamdır. Allah bizi istiqlalımıza qovuşdursun!”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm