• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Millət vəkili məhkumlarla görüşdü

  • Nida.az
  • 29 May 2014 15:07
  • 340 Baxış
Millət vəkili məhkumlarla görüşdü

Millət vəkili Çingiz Qənizadə bu gün Penitensiar Xidmətin qadınların saxlandığı 4 saylı Cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanların saxlanıldığı tərbiyə müəssisəsində görüş keçirib.

Publika.az xəbər verir ki, məhkumlar qarşısında mühazirə ilə çıxış edən Çingiz Qənizadə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Əfv İnstitutu barədə onlara ətraflı məlumat verib.

Millət vəkili bildirib ki, 27 dekabr 2011-ci il tarixində Prezident İlham Əliyevin təsdiqlədiyi Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədini daşıyır.

Bir neçə gün bundan öncə dövlət başçısı tərəfindən imzalanmış növbəti əfv fərmanı haqqında da məlumat verən millət vəkili qeyd edib ki, əfv fərmanının imzalanması cənab Prezidentin humanistliyinin bariz nümunəsidir: “İndiyə kimi Azərbaycanda çox qısa bir vaxt ərzində 10 amnistiya aktı və 50-dən çox əfv fərmanının imzalanması dünyada analoqu olmayan bir tendensiyadır”.

Daha sonra məhkumlarla diskussiya keçirilib. Gələcəkdə bəzi qanunlara ediləcək dəyişikliklər barədə məlumat verən Çingiz Qənizadə məhkumları maraqlandıran suallara da aydınlıq gətirib.

Tədbirdə Penitensiar Xidmətin nümayəndələri də iştirak edib.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR