
Vəhhabilərin Şeyx Əbu Muhammed Makdisi Suriyada döyüşən mücahidlərə müraciət edib.
Publika.az mücahidlərin saytına istinadən xəbər verir ki, şeyx İŞID və Nüsrət cəbhəsini cihad uğrunda birləşməyə dəvət edib. O, qruplaşma liderlərinə, o cümlədən Qafqaz xalqlarının liderlərinə çağırış edib.
“Şam torpaqlarında reallaşan cihadı parçalamamaq üçün hər kəs birləşməli, bir hədəfə vurmalıdır”,– deyə o bildirib.
Qeyd edək ki, Suriyada İŞID və Nüsrət cəbhəsi Bəşər Əsədlə yanaşı, bir-birinə qarşı da vuruşur. Bu qruplaşmaların tərkibində azərbaycanlılar da döyüşür.
Asif