Məktub niyə yetişmədi? -Müsavat cavab axtarır
Bizi izləyin

Nida.az

Məktub niyə yetişmədi? -Müsavat cavab axtarır

ŞPA dəvəti ilə bağlı məlumatlara aid demək istədiyim bir neçə söz var. Beynəlxalq təşkilatların Bakıdakı ofisləri ölkədəki prosesləri və medianı diqqətlə izləyir. Keçən ay istefam Kütləvi İnformasiya Vasitələrində paylaşıldı və bu kifayət qədər tirajlandı

Müsavat Partiyasının Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşə dəvət məktubunun “yolda itməsi” ilə bağlı qalmaqal səngimək bilmir. Məsələ sosial şəbəkələrdə də genişı müzakirə mövzusu olub.

Publika.Az xəbər verir ki, Müsavat başqanının müavini Gülağa Aslanlı məsələ ilə bağlı deyib ki, faktlar göz qabağındadır.
“Müsavat Partiyasının başqanı İsa Qəmbərin Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşə dəvət edilməsi barədə Avropa Şurasının Bakı ofisinin verdiyi məlumata görə, bu barədə Müsavat Partiyasınına dəvətnamə çatdırılıb. Görüş günü bu məsələ ilə bağlı mən Avropa Şurası Bakı ofisinə zəng edərək bu barədə Müsavat Partiyasına məlumatın kim tərəfindən və kimə verildiyini aydınlaşdıran zaman ofisin əməkdaşları (İqor və Məhin xanım adlı şəxslər) mənə bu barədə məlumatın Müsavat Partiyası başqanının sabiq köməkçisi Yeganə Hacıyevaya çatdırıldığı haqqında bilgi verildi. Məlumat verən şəxslər hətta Yeganə Hacıyevadan Turqut Qəmbərin də hansısa tədbirə dəvət olunması haqqında məlumatı ona çatdırmağı xahiş ediklərini bildirdilər. Mən də onlara Yeganə Hacıyevanın partiyadan istefa verdiyini və başqanın köməkçisi olmadığını, eləcə də bu dəvət haqqında Müsavat Partiyasının rəhbərliyinə heç bir məlumat daxil olmadığını bildirdim və partiyanın əlaqə telefonlarını ofisin əməkdaşlarına çatdırdım. Məsələni başqa istiqamətlərə yönəltmək cəhdləri faydasızdır. Faktlar göz qabağındadır”-deyə G. Aslanlı vurğulayıb.

İsa Qəmbərin keçmiş müşaviri, Milli Şura üzvü Yeganə Hacıyeva isə belə bir məktub aldığını yenə təkzib edib: “Dünəndən yayılmış AŞPA dəvəti ilə bağlı məlumatlara aid demək istədiyim bir neçə söz var. Beynəlxalq təşkilatların Bakıdakı ofisləri ölkədəki prosesləri və medianı diqqətlə izləyir. Keçən ay istefam Kütləvi İnformasiya Vasitələrində paylaşıldı və bu kifayət qədər tirajlandı. İstefamdan sonra məntiqlə Beynəlxalq təşkilatların Bakı ofislərindən Müsavat Partiyasına təqdim olunası heç bir məktub almamışam. Əks halda bu məktub mütləq ünvanına çatardı”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm