"Əli Kərimli az qalır səfirliyin pəncərəsindən..."
Bizi izləyin

Nida.az

"Əli Kərimli az qalır səfirliyin pəncərəsindən..."

"Əli Kərimli az qalır səfirliyinin pəncərəsindən daxil olsun"

BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı yerli mətbuata müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.



-Niyaməddin bəy, bir müddət əvvəl amerikalı səfirin Azərbaycan barəısində səsləndirdiyi qeyri-obyektiv mövqeyə qarşı ortaya qoyulan etiraza bəzi müxalifət partiyaları heç də şərik olmadı. Əksinə səfiri müdafiə mövqeyindən çıxış etdi. Amerikalı səfirin canfəşanlıqla müdafiəsinin arxasında sizcə nə dayanırdı?


- Bəli, düzgün müşahidə etmisiniz. ABŞ səfirinin Azərbaycanla bağlı səsləndirdiyi fikirə yalnız radikal müxalifət nümayəndələri etiraz etmədi. Əksinə, ABŞ səfirinin müdafiəçısı kimi gecə-gündüz dayanmadan acıqlama verdilər. Bunun arxasında birbaşa yenə də yarınmaq durur. Bu qüvvələr üçün heç bir fərqi yoxdur. Kim İlham Əliyev hakimiyyətinin əleyhinədirsə , Azərbaycan dövlətinə təzyiq etmək istəyirsə və yaxud da ortada milli maraqlarımıza zərbə vurulmasının da heç bir fərqi olmur. Radikal müxalifət həmin siyasi dairəni müdafiə edir. İmkanları olsa şeytanı da müdafiə edərlər. Təki Azərbaycan hakmiyyətinə ziyan dəysin. Ancaq nə tez yadlarından çıxardıblar ki, heç bir il keçməyib ki, radikal müxalifətdən Rusiya Rüstəm İbrahimbəyov vasitəsi ilə “Milli Şura” adlı qurumdan istifadə etdi. Bəli, keçən il Putin İsa Qəmbərdən, Əli Kərimlidən, Rəsul Quliyevdən, Eldar Namazovdan və digərlərindən çox səmərəli şəkildə istifadə etdi. Prezident seçkilərində bu şəxslər az qala deyirdilər ki, ABŞ və Qərb Azərbaycanın düşmənidir. Oxuyun həmin ayların mətbuatını .Əli Kərimli Rusiyanı Azərbaycanın ən yaxın dost dövləti hesab edirdi. 2 milyon soyadaşımızın Rusiya vasitəsi ilə ailəsini dolandırıdğını bildirirdi. Bütün imkanlarımızla Rusiya ilə yaxın, qonşuluq siyasətinin aparılmasını bəyan edirdi. İndi nə tez dəyişdiniz? Yenə olmusunuz “qərbpərəst”. Sizə elə gəlmirmi ki, bu səfər də ABŞ sizdən istifadə edər? Neçə ki həmişə çomaq rolunu oynamısınız…

-Belə başa düşmək olarmı ki, Rusiya layihəsindən yararlana bilməyən həmin partiyalar yenidən Qərbə və Amerikaya üz çevirirlər?


- Bu siyasi qüvvələr hal-hazırkı situasiyadan istifadə edirlər. Bunlar üçün əsas öz maraqlarıdır. Görmürsünüz bu gün özlərini neçə ABŞ yönümlü göstərirlər? Guya bunlar ABŞ siyasi kursunu müdafiə edənlərdir. 1 il qabaq Əli Kərimli deyridi ki, daha Qərb siyasi dairələrinin qapılarına getməyəcəyik. İndi nə baş verdi? Əli Kərimli az qalır ABŞ səfirliyinin pəncərəsindən içəri daxil olsun. Radikal müxalifət ABŞ-la Azərbaycanın hal-hazırkı vəziyyətindən yarınmaq istəyir. Morninqstarın Azərbaycanla bağlı dedikləri məqamlarda faktiki Azərbaycan xalqı və dövləti aşağılanır. Səfir Azərbaycanın müstəqilliyinin qarantının ABŞ və Avropa Birliyi olduğunu bildirir. Bu da çox yersiz və acı istehza doğuran açıqlamadır. Bu gün ABŞ imza ataraq müstəqilliyi və ərazi bütövlüyünə qarant olduğu Ukraynanın suverenliyini qoruya bilmirsə, hamının gözünün qabağında sözçülüklə məşğuldursa, bir-iki rus məmuruna sanksiya tətbiq etməklə işini bitmiş sayırsa, məhz bu məqamda belə açıqlama verilməsi heç yerində deyil, hətta gülüş doğurur. Səfirin bu cür acıqlamasına ilk etiraz edənlərdən biri də müxalifət partiyasının sədri kimi BAXCP sədri Qüdrət Həsənquliyev oldu. Hakimiyyət nümayəndələrindən də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin hüquq komitəsinin sədri Əli Hüseynli və digər qurumların rəhbərləri də etiraz etdi. Ramiz müəllimin cavabı birmənalı şəkildə adekvat mövqedir. Ramiz Mehdiyevin cavabının bu cür kəskin olmasının səbəbi Riçard Morninqstarın müsahibəsinin tonuna və ritorikasına tam uyğun idi. Səfir bilmir ki, Maydan hadisələri Ukraynanın bir dövlət olaraq suverenliyini, ərazi bütövlüyünü təhlükə altına alıb, böyük faciələrə yol açıb, bu ölkənin dövlətçiliyini təhlükə altında qoyub?! Çox yaxşı bilir ki, Ukraynanı bu gün parçalayan, daxıdan hadisə də Maydandır. Demək olarki hər kün ölkədə qan tökülür, hər gün onlarla insan ölür, etiraf olunmamış bir vətəndaş müharibəsi başlayıb. Bütün bunun günahgarları kimdir? ABŞ ölkələrə gətidiyi inqilablar ölüm, faciə, parçalanma, dağıntılar gətirib. Baxın Ərəb ölkələrinə yüz minlərlə sadə və günhasız vətəndaş qətlə yetirlib, şəhərlər viran qalıb, ölkə istisadiyyatı daxılıb. Ən azından bundan sonra 50 il lazım olacaq ki, ABŞ –ın inqilab etdiyi ölkələr özünə gələ bilsin. Ukrayna regonun ən böyük dövləti idi. İndi bu dövlət tam dağılmaq ərəfəsindədir. Bir daha qeyd etmək istəyirəm ki, əgər, Azərbaycanın səfiri ABŞ-da Morninqstar kimi çıxış etmiş olsa idi, onu bir dəqiqə də ABŞ-da saxlamazdılar, dərhal “persona non-qranta” elan edib, arzuolunmaz şəxs kimi ölkədən çıxarardılar. Hamı bilir ki, ABŞ dünyanın super gücüdür və bu güclə hesablaşmaq lazımdır. Eyni zamanda düşünürəm ki, ABŞ Azərbaycanın müstəqil dövlət olduğunu qəbul etməli və bu həqiqətlə hesablaşmalı, bərabərhüquqlu danışmağı bacarmalıdır. İkincisi, məsələnin başqa tərəfi var. ABŞ-ın Azərbaycanla bu ritorika ilə danışmağa mənəvi haqqı varmı? Qətiyyən yoxdur!


- Zaman-zaman Amerikanın müxtəlif institutlarının bu qəbildən olan partiyalara maliyyə yardımı ayırdığı barədə məlumatlar yayılır. Marqlıdır müxalifət həmin vəsaitdən Amerikanın təyinatı, təlimatı əsasında istifadə edə bilmir və hakimiyyətə gəlməyi bacarmırsa nədən təkrar-təkrar maliyyə vəsaiti ayrılır?

- ABŞ radikal müxalifət partyalarına dedyiniz maliyyə yardımını ona görə ayır ki, Azərbaycan hakmiyyətinə təzyiq etsin. Demək istəyir ki, bu qüvvələrə maliyyə vəsaiti ayırıb hakmiyyətə gətirə bilərəm. Ancaq ABŞ-ın öz yaxşı bilir ki, həmin vəsaitlə Azərbaycanda inqilab etmək olmaz. Son 20 ildə Azərbaycan cəmiyyəti kifayət qədər oturuşub və siyasi prosesləri dəqiq analız edə bilir. Azərbacayn xalqı inanmıram ki, uzun illər əldə etdiyi sabitliyi pozmağa razılıq versin. Və bilirlər ki, bu sabitliyin pozulması ölkədə hansı vəziyyətlərə gətirib çıxarda bilər. Bizim xalq bir dəfə bu prosesləri yaşayıb. -Bu o deməkdirmi ki, Amerika hələ də bu qəbildən olan partiyalara ciddi qüvvə kimi baxır. ABŞ bilir ki, bu qüvvələr hər dəqiqə siyasi yönümün dəyişən qüvvələrdir. Bu qüvvələrə qətiyyən inanmır. Və bilir ki, bu siyasi təşkilatların Azərbaycanda hakmiyyətə gəlməsi Azərbaycan dövlətində samitliyin dərhal pozulması deməkdir. Sİz təsəvvür edin. İsa Qəmbərlər Əli Kərimlinin birgə hakimiyyətini. Və yaxudda Rəsqul Quliyevlə Arif Hacilini. Bu adamların hakmiyyəti heç 1 ay da çəkməz. Bütün bunları ABŞ yaxşı bilir. Odur ki, Azərbaycan hakmiyyətinə təzyiq olunması üçün yenə də radikal müxalifətdən isitfadə edir. Sonda bir məqama da toxunmaq istəyirəm. Əli Kərimli "Azadlıq" qəzetində BAXCP sədri Qüdrət Həsənquliyevə qarşı çirkin kampaniya apartdırır. Guya Qüdrət bəy "rusiyapərəst"dır. Qüdrət bəy həmişə parlametdə, NATO-nun tədbirlərində cəsarətlə deyir ki, Azərbaycan sülh yolu ilə Qarabağı azad edə bilməyəcəksə, yeganə yolu müaharibədə görür və biz müharibə ilə Qarabağı azad edəcəyik. BAXCP-ni müharibə partiyas kimi tanıyırlar. Ancaq, Əli Kərimli bir dəfə də olsun qorxundan "müharibə etməliyik" ifadəsini işlədibmi? bunu deməyə cəsarəti çatarmı? Qərbin qorxsundan demiyəcək də! Bilir ki, Qərb müharibənin başlanmasını istəmir. Və bu cür bəyanat ona baha başa gələ bilər...

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm