"İlham Əliyevin məktubunda Azərbaycanın mövqeyi var"
Bizi izləyin

Nida.az

"İlham Əliyevin məktubunda Azərbaycanın mövqeyi var"

"İlham Əliyevin məktubunda Azərbaycanın mövqeyi var"

“Prezident İlham Əliyev həmkarları Putinə, Nazarbayevə və Lukaşenkoya məktub göndərib.

Prezidentlərə məktubda Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsi ilə bağlı Azərbaycanın mövqeyi bildirilib”.

Publika.az xəbər verir ki,bu barədə Prezident Administrasiyasının xarici siyasi əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter hesabında yazıb

. Mayın 29-da Astanada Rusiya prezidenti Vladimir Putin Qazaxıstan və Belarus ilə üç ölkə arasında iqtisadi ittifaqın yaradılması barədə saziş imzalayıb. Azərbaycan prezidenti İlham Əliyevin məktubunu Qazaxıstanın dövlət başçısı Nursulutan Nazarbayev oxuyub. Məktubda İ. Əliyev Ermənistanın Avrasiya İqtisadi Birliynə üzvlüyü zamanı beynəlxaq təşkilatların tanıdığı sərhəd məsələsinə diqqət yetirməyə çağırıb. “Azərbaycan hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına Beynəlxalq Ticarət Təşkilatına üzv olduğu sərhədlər daxilində qəbul olunmalıdır”,–deyə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astana keçirlən iclasda çıxış edrəkən deyib. Onun sözlərinə görə Azərbaycan prezidenti Gömrük İttifaqı rəhbərliyinə göndərdiyi məktubunda Ermənistanın Beynəlxalq Ticarət Təşkilatına üzv olarkən yalnız BMT tərəfindən tanınan sərhədləri daxilində üzv olacağını qeyd edib. “Bu məsələ müzakirə üçündür”,–deyə Qazaxıstan prezidenti əlavə edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm