İlyas İsmayılovdan cəbhə xəttindəki kəndlərlə bağlı təklif
Bizi izləyin

Nida.az

İlyas İsmayılovdan cəbhə xəttindəki kəndlərlə bağlı təklif

İlyas İsmayılovdan cəbhə xəttindəki kəndlərlə bağlı - TƏKLIF

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib.

Publika.az-ın xəbərinə görə, gündəliyə 18 məsələ daxildir.

Milli Məclisin sədri Oqtay Əsədov müzakirələrə ehtiyac olub-olmadığını soruşub. Deputatlar cari məsələlərin müzakirəsinə ehtiyac olduğunu bildirib. Bundan sonra millət vəkilləri müxtəlif məsələlər haqda danışıblar. Ədalət Partiyasının sədri İlyas İsmayılov bu ayın 22-23-də seçicilərlə görüşdüyünü söyləyib: “Seçicilər mənə dedilər ki, içməli su problemi var. Cəbhə xəttində olan kəndlərdə də görüşlərim oldu. İnsanlar dedilər ki, Ziya Məmmədov onlara söz verib ki, yolları asfalt örtüklə üzləyəcək. Mən də dedim ki, əgər nazir söz veribsə, demək, yerinə yetirəcək. Kəndlərdə işsizlik var”.

Deputat deyib ki, cəbhə xəttində olan kəndlərə vergi rüsumü, səhiyyə və sosial sahədə güzəştlər tətbiq olunmalıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm