Aİ-yə gedən şəxslər necə qaytarılacaq? - QANUN
Bizi izləyin

Nida.az

Aİ-yə gedən şəxslər necə qaytarılacaq? - QANUN

Milli Məclis Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin geri qaytarılması ilə bağlı sazişi təsdiqləyib.

Publika.az xəbər verir ki, saziş barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri bildirib ki, sazişə əsasən, Azərbaycan Avropa İttifaqı qarşısında AB ölkələrinə qanunsuz köçən vətəndaşlarının geri qaytarılması və bununla bağlı digər məsələlərə dair yeni öhdəliklər götürür: “Sənəddə göstərilir ki, Avropa İttifaqına üzv dövlətin müraciəti əsasında və bu sazişdə ehtiva olunan şərtlərdən əlavə, rəsmiyyətçiliyə yol vermədən, Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olduğu sübut olunan və ya “prima facie” dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir”.

Sazişdə bu məsələ ətrafında başqa bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya ediləcəyi açıqlanıb, şərtlər göstərilib. Deputat Rafael Cəbrayılov Azərbaycanın işğal olunmuş torpaqlarında, Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan vətəndaşların (əsasən ermənilər) bu sazişə əsasən Aİ-dən readmissiya olunmasının hansı yolla həyata keçirilməsi məsələsini qaldırıb.

O, sazişdə bununla bağlı qeyd-şərtin əksini tapmamasının səbəbini soruşub. Sədr Oqtay Əsədov deyib ki, əsas məqsəd vizaların sadələşdirilməsi prosesini sürətləndirməkdir: “Bu, ikitərəfli sazişdir, biz çoxtərəfli sazişlərə qeyd-şərtlərlə qoşuluruq. Avropa Birliyi bilmir ki, Dağlıq Qarabağ problemi var? Bu sazişi qəbul etməkdə əslində gecikmişik”.

13:00

“Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına qoşulub. Avropa Şurasının tam hüquqlu üzvüdür və insan haqlarının qorunması sahəsində kifayət qədər irəliyə doğru addımlar atır”.

Publika.az xəbər verir ki, bu barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin bu gün keçirilən sessiyasında çıxışı zamanı deyib.

Ə. Hüseynli deputat həmkarlarlarına irad tutub. Bildirib ki, bəzi həmkarlar məhkəmə qərarlarının cəmiyyətdə narazılıq doğurduğunu deyir: “Amma bu, belə deyil. Əgər belə olsaydı, cəmiyyəti buradan təmsil edən deputatların əksəriyyəti bu barədə danışardı. Lakin cəmiyyəti o narahat edir ki, bəzi siyasi personalar İsmayıllı hadisələrində niyə iştirak edirdi? Onların bu iğtişaşlarda iştirakda məqsədi nə idi”.

Ə. Hüseynli bildirib ki, Azərbaycan məhkəmələrində hüququn aliliyi əsasdır. “Bəzən məhkəmənin qərarı məlum olmadan yanlış fikirlər formalaşdırmağa çalışırlar. Bu yolverilməzdir. Yenə deyirəm, Azərbaycanda hüququn aliliyi qorunur və hər kəs qanun qarşısında bərabərdir”,deyə komitə sədri vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm