"3-5 nəfərin əhvalı bütün xalqın əhvali-ruhiyyəsi deyil" – Vitse-spiker
Bizi izləyin

Nida.az

"3-5 nəfərin əhvalı bütün xalqın əhvali-ruhiyyəsi deyil" – Vitse-spiker

“Cənab Prezidentin əfv fərmanı yüzlərlə ailəyə sevinc gətirdi. Buna görə ona təşəkkür edirəm”.

Publika.az xəbər verir ki, bu barədə vitse-spiker Bahar Muradova sessiyada çıxışı zamanı deyib.

Vitse-spiker bildirib ki, bir neçə şəxsin bu siyahlya salınmaması bu cür humanist addıma xələl gətirməməlidir: “Əfv fərmanından sonra bir sıra şəxslər, avropalı siyasətçilər bizdən soruşurlar ki, niyə 3-5 adamın adı burada yoxdur. Sanki bu qədər insanın azad edilməsi, bu qədər ailəyə sevincin bəxş edilməsi mənasızdır. Guya, bütün intelektualını Azərbaycanın inkişafı üçün sərf edənlər bura salınmayıb. Guya, bunlar Azərbaycanda barış siyasətinə xidmət ediblər və onların siyahıya salınmaması ölkədəki barışı pozur”.

B. Muradova əlavə edib ki, 3-5 adamın əhvali-ruhiyyəsi bütün xalqın əhvali-rihiyyəsi kimi qəbul edilməməlidir.

“Əksinə, bu adamların fəaliyyəti xalqı narahat edir. Xalqın əksəriyyəti onların fəaliyətinin Azərbaycandakı inama, ölkə prezidentini dəstəkəyən xalqın seçdiyi yola zərər gətirdiyini düşünür. Mən hər kəsdən xahiş edirəm ki, müsbətləri müsbət kimi dəyərləndirməliyik. Neqativlər varsa bunları müzakirə edə bilərik, lakin neqativləri əsas gətirib müsbət işlərə xələl gətirməməliyik. Azərbaycan prezidentinin apadığı siyasət də bu cür insanları düz yola gətirmək, ölkənin milli maraqlarına xidmət etməkdir”,deyə vitse-spiker bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm