• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müsavatla əməkdaşlığın şərti açıqlandı: İsa Qəmbər getsin

  • Nida.az
  • 23 Yanvar 2014 16:43
  • 724 Baxış
Müsavatla əməkdaşlığın şərti açıqlandı: İsa Qəmbər getsin

"Vətən" siyasi bloku Müsavat Partiyası ilə əməkdaşlıq məsələsinə münasibət bildirib.Ədalət, Yaşıllar və İslam partiyalarının təmsil olunduğu blokun icraçı katibi Mayis Güləliyev bloka belə bir təklifin daxil olmadığını deyib: "Bizə belə bir təklif gəlməyib, ancaq təklif gələrsə, əlbəttə "Vətən" blokuna daxil olan partiyaların sədrləri ilə məsləhətləşmələr ola bilər. Ancaq əvvəlcədən hansı nəticənin əldə olunacağını, "Vətən" blokunun bu əməkdaşlığa gedib-getməyəcəyini demək olmaz".

O, əlavə edib ki, hər halda bütün məsələlər əməkdaşlığın özünün mahiyyətindən asılıdır: "Əgər əməkdaşlıq Azərbaycan milli maraqlarının müdafiə edilməsi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı, ümumiyyətlə, "Vətən" blokunun qarşıya qoyduğu məsələlərlə bağlı olacaqsa və blokun özünün qarşıya qoyduğu hədəfləri müdafiə etmək çərçivəsində olacaqsa, "Vətən" bloku belə bir əməkdaşlığa mənfi cavab verməz. Hər halda bütün bunların hamısı müzakirə olunmalı, dəyərləndirilməli və ondan sonra qərar verilməlidir. İndi heç nə demək olmaz, çünki elə bir təklif olmayıb".

M.Güləliyev onu da bildirib ki, "Vətən" bloku özü siyasi əməkdaşlıqla bağlı heç bir partiyaya müraciət etməyib.Qeyd edək ki, Milli Şuranı tərk edən Müsavat Partiyası bir neçə siyasi təşkilata əməkdaşlıq sazişinin imzalanmasını təklif edib.

Azərbaycan Liberal Partiyası (ALP) da müxalifətin Müsavat Partiyası əməkdaşlıq etməsinin şərtini açıqlayıb.

ALP sədri Əvəz Temirxan Publika.Az -a açıqlamasında bildirib ki, Müsavat Partiyası ilə o zaman əməkdaşlıq edilə bilər ki, yeni başqan seçilsin: “İndiki başqan deyil, yeni, sağlam təfəkkürlü başqanı seçilsə, əməkdaşlıq etmək mümkün olar. Yəni əcinnə dəstəsindən olmayan kimsə Müsavata başqan seçilsə yəqin ki, gələcəkdə müxalifət bu partiya ilə əməkdaşlıq edə bilər”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR