Deputatlarımız genderdən danışacaq
Bizi izləyin

Nida.az

Deputatlarımız genderdən danışacaq

Deputatlarımız Avropada gender bərabərliyindən danışacaq

Milli Məclisin deputatları Sahibə Qafarova və Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyası komitələrinin iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Publika. az-a verilən məlumata görə, millət vəkili Sahibə Qafarova qurumun iyunun 2-də keçiriləcək Gender bərabərliyi komitəsinin toplantısında iştirak edəcək.

Tədbirdə ərəb inqilablarından sonra yaranan demokratiyalarda qadınların vəziyyəti, Avropada dini zəmində diskriminasiyanın aradan qaldırılması, qadınlara qarşı zorakılıqla mübarizə, fiziki çatışmazlığı olan insanların hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunacaq.

Deputat Rafael Hüseynov iyunun 4-də keçiriləcək Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasına qatılacaq, “Etiqad azadlığı və dini praktika” mövzusunda məruzə ilə çıxış edəcək.

Yığıncaqda həmçinin mədəniyyətlərarası dialoqun təşviqi, qarışıq mədəniyyətlər dönəmində kitabxanalar və muzeylər, böhran və böhrandan sonrakı durumlarda mədəniyyətin mühafizəsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm