Jurnalist Leyla Yunusun əleyhinə ifadə verdi
Bizi izləyin

Nida.az

Jurnalist Leyla Yunusun əleyhinə ifadə verdi

Jurnalist Leyla Yunusun əleyhinə ifadə verdi

Day.az saytının icmalçısı Əkbər Həsənov Sülh və Demokratiya İnstitutunun əməkdaşı rəhbəri Leyla Yunusa qarşı ifadə verib.

Publika.Az xəbər verir ki, bu barədə jurnalist özü haqqin.az saytına danışıb.

Ə. Həsənov deyib ki, baş prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilmə zamanı o, Arif və Leyla Yunusun erməni xüsusi xidmət orqanları və Ermənistanın nüfuzlu siyasi dairələri ilə əlaqələrinə dair şübhələrdən danışıb: “Mən Rauf Mirqədirovun günahsız olduğunu dedim. Bildirdim ki, böyük ehtimalla Leyla Yunus öz çirkin oyunlarında ondan istifadə edib. Güman ki, Mirqədirov bu erməni cütlüyünün iftiraları ilə həbs olunub.

Qeyd edək ki, Ə. Həsənov Leyla Yunusun rəhbərlik etdiyi institutunun keçirdiyi “xalq diplomatiyası” layihəsində Arif Yunusla birgə dəfələrlə iştirak edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm