Novruz Məmmədov Nazarbayevin oxuduğu məktubdan danışdı - VİDEO
Bizi izləyin

Nida.az

Novruz Məmmədov Nazarbayevin oxuduğu məktubdan danışdı - VİDEO

Müstəqillik kursu və onu ardıcıl aparmaq mövzusunu Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədovla müzakirə etdik.

Müstəqillik kursu və onu ardıcıl aparmaq mövzusunu Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədovla müzakirə etdik.

- Novruz müəllim Azərbaycan prezidenti Nursultan Nazarbayevə, Vladimir Putinə və Lukaşenkoya məktub yazıb. Və bu məktubda Ermənistanın Avrasiya İttifaqına daxil olmasıyla əlaqədar öz rəyini bildirib. Məktubun mətni barədə bizə biraz məlumat verin?

- Biz əslində, həm regionda, həm də dünyada gedən prosesləri izləyirik. Onların regiona və bizə hansı təsir göstərəcəyilə bağlı müəyyən planlarımız və addımlarımız olur. Son vaxtlar gedən proseslər Avropa İttifaqı ətrafında cərəyan etsə də, günlərin bir günü səhər Ermənistan prezidenti Sarkisyan yuxudan ayıldı və belə bir bəyanat verdi ki, biz qərara almışıq Avrasiya İttifaqına üzv olaq. Bu bəyanatdan sonra bunun ətrafında düşünməli olduq. Məhz məktubun yaranmasına səbəb belə bir qərar qəbul edilməsi oldu. Məktubun tam mətni sizə deyə bilməsəm də mahiyyəti bundan ibarətdir ki, hər 3 ölkənin prezidentinə müracitdə bildirilir ki, Azərbaycanın əraziləri 20 ildən artıq bir müddətdə Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Məhz Ermənistan rəhbərliyi beynəlxalq hüquq norma və prinsiplərə riayət etmir. Eyni zamanda, belə demək olarsa, həmsədir ölkələrin dövlət rəhbərlərindən son illər bir neçə dəfə qətiyyətlə verdikləri bəyanat bundan ibarətdir ki, “İndiki status-kvo qəbuledilməzdi” Bütün bunlar qeyd edildikdən sonra onların diqqətinə çatdırdıq ki, bizim sizinlə də münasibətlərimiz yaxşıdır. Siz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsiniz. Ona görə də bu məsələ beynəlxalq hüququn norma və prinsipləri cərcivəsində həll olunmalıdır.../Ans tv/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm