Partiya sədri “mavilər üçün məzarlıq” salınmasını təklif edir
Bizi izləyin

Nida.az

Partiya sədri “mavilər üçün məzarlıq” salınmasını təklif edir

Bu baxımdan mən kənd əhlini doğru hesab edirəm. Bu cür insanlara pis bir xəstəlik daşıyıcısı kimi baxılmalıdır.

Azadlıq Partiyasının sədri Əhməd Oruc yanvarın 22-də intihar edən homoseksual gənc İsa Şahmarlının kənd qəbiristanlığında dəfn olunmasına etirazını bildirib.

Publika.Az xəbər verir ki, Ə. Oruc məsələnin sadə olmadığını deyib.“Qəbiristanlıq bizim əzizlərimizin uyuduğu müqəddəs yerdir. Bizim bir millət olaraq milli, mənəvi dəyərlərimizə qətiyyən uyğun olmayan, ən pis əməl daşıyıcılarının bizim əzizlərimizlə yanaşı dəfn olunmasını və həmin yerə cinsi azlıqların yığılmasını normal bir kimsə qəbul etməz. Bu baxımdan mən kənd əhlini doğru hesab edirəm. Bu cür insanlara pis bir xəstəlik daşıyıcısı kimi baxılmalıdır. Onların ölüsü hakimiyyətin onlar üçün ayırdığı gözdən uzaq yerdə dəfn olunmalıdır. Onları müsəlman kimi dəfn edilməsi qətiyyən doğru deyil”-deyə o bildirib.

Qeyd edək ki, İ.Şahmarlı ailədə və cəmiyyətdə ona qarşı olan münasibətlərə etiraz olaraq intihar edib. Bakının Binə kəndinin sakinləri onun kənd qəbiristanlığında dəfn olunmasına etiraz ediblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm