Mirmahmud Mirəlioğlu və Sülhəddin Əkbərə vaxt qoyuldu
Bizi izləyin

Nida.az

Mirmahmud Mirəlioğlu və Sülhəddin Əkbərə vaxt qoyuldu

Demokratik Qüvvələr Birliyi (DQB) KXCP və ACP-yə (indiki Azad Demokratçılar Partiyası-red) vaxt qoydu.
DQB-nin əsas təsisçisi olan AMİP sədri Yusif Bağırzadə Publika.Az -a açıqlamasında bildirib ki, birlikdə təmsil olunan siyasi partiyalar qurumun seçki blokuna çevrilməsi məsələsini gündəmə gətiriblər: “Əgər birlik seçki blokuna çevriləcəksə, üzvlərimiz həm burda, həm də Milli Şurada təmsil oluna bilməz. Milli Şura seçki ittifaqdır və noyabr prezident seçkilərində namizədi ilə çıxış edib. Biz belə düşünürük ki, hər iki qurumda təmsil olunan KXCP və ACP ya Milli Şurada qalmalıdır, ya da DQB seçki blokuna çevriləcəyi təqdirdə öz seçimlərini etməlidirlər. Bu seçimdə azaddırlar”.

AMİP sədri hər iki partiyaya vaxt qoyub. Bildirib ki, partiyalar seçimlərini yaxın günlərdə etməlidirlər.
“Çünki 2014-ün sonunda bələdiyyə, 2015-in axırında isə parlament seçkiləri keçiriləcək. Bu baxımdan onlar da öz seçimlərini etməlidir. Biz vaxt itirə bilmərik. Milli Şura qurum kimi özünü doğrultmadı, ordakı proseslər göz qabağındadır. İki qurum arasında seçim yaxın müddətdə olmalıdır ki, seçki blokuna çevrilməklə bağlı işlər başlasın. Əgər bu olmayacaqsa, AMİP 2010-cu ildə parlament seçkilərində olduğu kimi bu dəfə də seçkiyə tək gedəcək. Xatırladım ki, həmin seçkilərdə hakim partiyadan sonra ən çox namizədlə qatılan biz olduq”-deyə Y. Bağırzadə bildirib.

Qeyd edək ki, DQB və Milli Şura arasında seçimlə bağlı məsələni KXCP müzakirə edəcəyini, ACP isə bunun onlar üçün aktual olmadığını bildirmişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm