Müsavatdan meriyanın açıqlamasına CAVAB
Bizi izləyin

Nida.az

Müsavatdan meriyanın açıqlamasına CAVAB

Müsavatdan meriyanın açıqlamasına CAVAB

“Bizim icra hakimiyyətindən hansısa dəbdəbəli, mütləq respublikanın ən məşhur saraylarını tələb etmirik".

Bu barədə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Publika.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Müsavatın qurultayı ilə bağlı dediklərini şərh edərkən deyib.

A. Hacılı qeyd edib ki, onlar sadəcə olaraq 800 və daha artıq insanın iştirak edə biləcəyi zal tələb edir: “Çünki qurultay nümayəndələrinin sayı bu qədərdir. Qurultayda həm Azərbaycandan, həm də Azərbaycanın hüdudlarından kənarda olan xeyli qonağın iştirak edəcəyini düşünürük. Ona görə bu qədər insanın iştirak edə biləcəyi zalın verilməsi tələbini irəli sürmüşük”. A. Hacılı bildirib ki, meriyanın açıqlaması bu gün partiyada müzakirə olunacaq.

“Bu gün Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçiriləcək. Bu toplantının yəqin ki, BŞİH-nin bizim zalla əlaqədar məhkəmə prosesinin gedişi, meriyanın son açıqlamaları müzakirə ediləcək”, deyə o bildirib. Qeyd edək ki, BŞİH-nin ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov Hafta.az-a açıqlamasında Müsavatın yerlə bağlı məktubunun meriyaya daxil olduğunu deyib. Bildirib ki, meriyanın Müsavat Partiyası üçün ayırdığı Səttar Bəhlulzadə adına Mədəniyyət Evində istədikləri vaxt qurultay keçirə bilərlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm