"Azərbaycan cəmiyyətinin başını aldatmaq üçün balanslaşdırılmış qərar ola bilər" -Akif Nağı
Bizi izləyin

Nida.az

"Azərbaycan cəmiyyətinin başını aldatmaq üçün balanslaşdırılmış qərar ola bilər" -Akif Nağı

Mən Avropa İnsan Haqları Məhkəməsindən obyektiv qərar gözləmirəm. Çünki bu proses artıq 10 ilə yaxındır ki, davam edir. Ancaq hələ ortalıqda obyektiv qərar yoxdur. Ancaq indi də ola bilər ki, Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan cəmiyyətinin başını a

“Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında Laçında yaşamış kürd əsilli azərbaycanlı məcburi köçkünlərin işi üzrə aparılan prosesdən müsbət nəticə gözləmirəm”. Bunu Publika.Az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.

Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi ermənilərə görə çalışacaq balanslaşdırılmış qərar çıxartsın. A.Nağı deyib: “Mən Avropa İnsan Haqları Məhkəməsindən obyektiv qərar gözləmirəm. Çünki bu proses artıq 10 ilə yaxındır ki, davam edir. Ancaq hələ ortalıqda obyektiv qərar yoxdur. Ancaq indi də ola bilər ki, Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan cəmiyyətinin başını aldatmaq üçün balanslaşdırılmış qərar çıxarsın. Mən bunu elə böyük müsbət proses hesab etmirəm”.A.Nağı əklavə edib ki, Laçından olan sözügedən azərbaycanlı məcburi köçkünlər QAT-ın üzvü deyil.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında Laçında yaşamış kürd əsilli azərbaycanlı məcburi köçkünlərin işi üzrə son dinləmə keçirilib.Avropa İnsan Haqları Məhkəməsinin məlumatına görə bu barədə yaxın bir neçə ayda qərar verilə bilər.

Rəsmi adı “Çıraqov və başqaları Ermənistana qarşı” olan iş üzrə Məhkəmə müsbət qərar verərsə, qarşı tərəf şikayətçilərə maddi təzminat ödəməlidir.Amma qərar təkcə maddi-mənəvi zərər dəyməsinin hüquqi status almasına görə deyil, “siyasi” mənasına görə önəm daşıyır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm