Deputat ATƏT-ə çağırış etdi
Bizi izləyin

Nida.az

Deputat ATƏT-ə çağırış etdi

Ermənistanın hərbi potensialı keçmiş SSRİ ordusunun əsasında quruldu. Nəzərə alsaq ki, həmin dövrdə Rusiya rəhbərliyi və xaricdəki erməni diasporu da Ermənistana güclü dəstək vermişdi. Müstəqillik qazanan ilk illərdə Ermənistan Azərbaycandan üstün idi. An

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzaəzadə Azərbaycan və Ermənistan ordusunun təmas xəttində son günlər baş verən atəşkəs rejiminin intensiv pozulması ilə bağlı məsələni şərh edib.

Deputat A.Mirzəzadə Publika.Az-a açıqlamasında deyib: “Son günlər cəbhə xəttində atəşkəsin mütəmadi olaraq pozulması Ermənistanın Azərbaycana qarşı olan təxribatıdır. İndi Ermənistan dövlətçilik yarışmasında Azərbaycana uduzur. Hər iki dövlət 1991-ci ildə müstəqillik qazandı. Hətta, Ermənistan Azərbaycan ilə müqayisədə daha güclü şərtlərlə müstəqillik qazandı. Yəni keçmiş SSRİ Azərbaycan ilə müqayisədə Ermənistana daha çox resurslar verdi. Ermənistanın hərbi potensialı keçmiş SSRİ ordusunun əsasında quruldu. Nəzərə alsaq ki, həmin dövrdə Rusiya rəhbərliyi və xaricdəki erməni diasporu da Ermənistana güclü dəstək vermişdi. Müstəqillik qazanan ilk illərdə Ermənistan Azərbaycandan üstün idi. Ancaq ötən son 20 il müddətində Ermənistan Azərbaycan ilə müqayisədə dövlətçilikdə heçnə qazana bilmədi.

İndi də Ermənistan yalnız cəbhə xəttində bu cür təxribatlar törətməklə ictimai fikirdə bir güc olduğunu və hakimiyyətin üzərinə düşən vəzifəsini yetirdiyini göstərməyə çalışır. Hər kəsə də aydındır ki, Azərbaycan tərəfi Ermənistanın etdiyi bütün təxribatların cavabını 10 qat verir. Ancaq Ermənistanda milli əhval-ruhiyyəni qaldırmaq, Ermənistan cəmiyyətinin əsas diqqətini sosial məsələlərdən kənara yönəltmək üçün onlar cəbhə xəttində baş verən bu atışmaları qabartmağa çalışırlar. Istənilən halda Ermənistan uduzur. Ermənistan pozduğu atəşkəsin artıqlaması ilə cavabını alır. Ermənistan iqtisadiyyatı və valyuta ehtiyatı ordusunun artan tələbatını ödəyə bilmir. Artıq Ermənistan cəmiyyətində də Dağlıq Qarabağ məsələsinə maraq əvvəlki kimi deyil. Hesab edirəm ki, cəbhə xəttində baş verən son atışmalar Ermənistanın öz həyasızlığına görə artıq beynəlxalq normaları da ötür. Çünki ATƏT-in müşahidəçiləri də bu atışma zamanı atəş altına düşüblər. İnanmıram ki, bunun özü daha ATƏT-in Ermənistana biganə münasibətini davam etdirsin. İndiyədək Ermənistanın bütün təxribatlarına baxmayaraq ATƏT hər iki tərəfə eyni münasibət göstərməyə çalışıb. Ümid edirəm ki, Ermənistan ATƏT-in nümayəndələrini atəşə tutduğu üçün artıq bu təşkilat biganəlik yuxusundan oyanacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm