Nida.az
YAP-dan NİDA-çı gəncin müraciətinə MÜNASİBƏT
“Bu gənc Prezidentə müraciət etməklə cəmiyyət qarşısında səhvini boynuna aldı”.
Bu barədə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Publika.az-a açıqlamasında həbsdə olan NİDA-çı gənc Bəxtiyar Quliyevin bağışlanması üçün dövlət başçısına müraciət etməsinə münasibət bildirərkən deyib.
A. Mirzəzadə qeyd edib ki, bu gün məhkum olan gənc səhv yolda
olduğunu etiraf etməklə təəssüflənir: “O, səhvini etiraf edir və
digər gəncləri də eyni səhvi etməkdən çəkindirir. Eyni zamanda, bu
gəncin məktubu göstərir ki, radikal müxalifətin təhrik etdiyi NİDA
hərəkatı onların gəncləri səhv yola çəkməsi demək imiş”.
YAP-çı deputat bildirib ki, digər gənclərin də gələcəkdə belə
müraciətlər etməsi mümkündür.
“Siyasi baxışlardan asılı olmayaraq, gənclərin öz səhvini etiraf
etməsi, düz yola çıxması müsbət hal kimi
qiymətləndirilməlidir”,– deyə A. Mirzəzadə
diqqətə çatdırıb.
Qeyd edək ki, həbsdə olan “Nida” Vətəndaş Hərəkatının üzvü Bəxtiyar Quliyev kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Bəxtiyar Səməndər oğlu müraciətdə təxribatçı qüvvələrin təsiri altında cinayət əməli törətdiyini, həbsdə olduğu müddət ərzində bunu anladığını qeyd edib, “siyasi məhbus” adlandırılmasına qəti etirazını bildirib.
O, “Nida” Vətəndaş Hərəkatının üzvlüyündən imtina etdiyini də qeyd edib.
Asif
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO