“Həmsədrləri iti qovan kimi qovmaq lazımdır” – Etiraz mitinqi olacaq
Bizi izləyin

Nida.az

“Həmsədrləri iti qovan kimi qovmaq lazımdır” – Etiraz mitinqi olacaq

Artıq səbrimiz tükənir, beynəlxalq təşkilatlardan, o cümlədən Minsk qrupundan konkret nəticə gözləyirik. Daha bəsdir fəaliyyətsizlik, vaxt udmaq və sairə.

“ATƏT-in Minsk qrupunun həmsədrlərini Azərbaycandan iti qovan kimi qovmaq lazımdır”. Bunu Publika.Az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.

Onun sözlərinə görə, Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri turist səfərindən fərqlənmir. A.Nağı deyib: “Artıq səbrimiz tükənir, beynəlxalq təşkilatlardan, o cümlədən Minsk qrupundan konkret nəticə gözləyirik. Daha bəsdir fəaliyyətsizlik, vaxt udmaq və sairə. Azərbaycan xalqı öz dədə-baba yurdlarına, evlərinə geri dönmək istəyir. Ermənistana ciddi təzyiqlər, xəbərdarlıq edilməlidir. Biz Minsk qrupunu fəaliyyətsizliyinə görə pisləyirik. Hətta, düşünürük ki, əgər belə davam edərsə, o zaman Qarabağ Azadlıq Təşkilatı olaraq həmsədrlərin Azərbaycandan qovulması üçün aksiyalar keçirə bilərik. Təşkilatımız bu barədə qərar qəbul edə bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm