Qərb Azərbaycanın daxili işinə niyə qarışır? – Şərh
Bizi izləyin

Nida.az

Qərb Azərbaycanın daxili işinə niyə qarışır? – Şərh

Qərb Azərbaycanın daxili işinə niyə qarışır?– Şərh

ABŞ səfiri Riçard Morninqstarın Azərbaycanın daxili işlərinə qarışması kimi qiymətləndirilən fikirlərindən sonra Böyük Britaniya da analoji addımı atıb.

Belə ki, Böyük Britaniyanın Xarici İşlər və Birlik Məsələləri üzrə Ofisi Azərbaycan vətəndaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun mühakimə olunmasını tənqid edib və məhkəmələrin azad olmadığını iddia edib. Azərbaycan XİN isə etiraz edərək, bunu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib.


Bu kontekstdə son vaxtlar Qərb ölkələrinin Azərbaycanın daxili işlərinə qarışması, rəsmi Bakını sərt tənqid etməsi diqqət çəkəndir.

Politoloq Fərhad Mehdiyev Publika.az-a açıqlamasında bunu Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyə başlaması ilə əlaqələndirib: “Azərbaycan növbəti 6 ayda bu quruma sədrlik edəcək. Bu üzdən diqqətlər üzərində cəmləşib. Lakin böyük ehtimalla səbəblər, sadəcə, bu deyil. Obama da 28 MayMüstəqillik günü ilə bağlı təbrik məktubunda regionda insan haqlarının vacibliyini önə çəkmişdi”.


Politoloq hesab edir ki, Qərb indiki dönəmdə Azərbaycana qarşı daha yumşaq siyasət yürütməlidir. Onun fikrincə, rəsmi Bakını tənqid etməmək hazırda Qərbin xeyrinə işləyə bilər.

“Avrasiya İttifaqına üzvlük baxımından Qərb bizi sıxışdırmamalı, əksinə, daha yumşaq olmalıdır. Sıxışdırmaq Azərbaycanı Rusiyaya yaxınlaşdıracaq. Əgər bunu istəmirlərsə, o zaman Azərbaycanı tənqid etməməli, daha ehtiyatlı davranmalıdırlar”, deyə politoloq bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm