Cəmil Həsənli: “Milli Şuranın dağılması təxribatdır”
Bizi izləyin

Nida.az

Cəmil Həsənli: “Milli Şuranın dağılması təxribatdır”

Cəmil Həsənli: “Milli Şuranın dağılması təxribatdır”

Milli Şuranın sədri Cəmil Həsənli qurumun yaxın müddətdə buraxılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

C. Həsənli Publika.az-a açqlamasında bu cür xəbərləri təxribat adlandırıb: “Bu təxribat xarakterli məlumatlardır. Milli Şura fəaliyyətini davam etdirir və daha da genişlənmək istiqamətində iş aparır”.

C. Həsənli bildirib ki, qurumun Koordinasiya Şurası vaxtlı-vaxtında toplantılarını keçirir.

Milli Şura sədri quruma yeni üzvlərin qəbul edilməsi məsələsinə də aydınlıq gətirib.

“Yeni üzvlərlə bağlı məsələ ötən sessiyada müzakirə olundu. Hazırda bu məsələ ilə bağlı razılaşdırılma aparılır”,– deyə C. Həsənli bildirib.

Qeyd edək ki, aznews.az-un yaydığı məlumata görə, son aylar Milli Şurada cərəyan edən proseslər quruma marağı azaltmaqla yanaşı, perspektivi ilə bağlı da suallar yaradıb. Qurum daxilində bəziləri hesab edir ki, bu cür davam edərsə, Milli Şuranın monolitliyinin saxlanılması mümkün olmayacaq. Çünki qurum ətrafında və daxilində baş verən proseslər Milli Şuranın fəaliyyətinin davam etdirilməsinə o qədər də zərurət yaratmır.
Artıq bu prosesin ilk simptomları sezilməkdədir.

Milli Şuranın Koordinasiya Mərkəzinin iclasları, demək olar ki, keçirilmir və 90-dan yuxarı üzvü olan qurumun sessiyalarında yetərincə nümayəndə iştirak etmir. Təşkilatda bəziləri belə hesab edir ki, bu, Milli Şuraya olan etimadın itməsi və qurumun sonunun yaxınlaşmasına bir işarədir və yəqin ki, yaxın zamanlarda dağılma prosesi sürətlənəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm