İsveçrə prezidenti onları niyə qəbul etmədi?
Bizi izləyin

Nida.az

İsveçrə prezidenti onları niyə qəbul etmədi?

İsveçrə prezidenti onları niyə qəbul etmədi?

Dünən Bakıda səfərdə olan İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşdü.

Görüşdə müxalifəti Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, REAL hərəkatının icra katibi Natiq Cəfərli təmsil edib. Burada digər müxalifət partiyalarının görüşdə olmaması diqqət çəkəndir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.az-a açıqlamasında görüşə dəvət olunmamasını belə şərh edib: “Görünür, bizi saymırlar. Amma ora dəvət olunan şəxslərin siyahısına baxsaq görərik ki, onların Azərbaycanın ictimai-siyasi həyatında heç bir təsiri yoxdur. Bu sadəcə konyunkturadır və onların əsas işi də budur”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə Publika.az-a açıqlamasında bunu normal qəbul etdiyini deyib. Onun sözlərinə görə, görüşə dəvət olunmamasının bir neçə səbəbi ola bilər: “Səbəblərdən biri odur ki, həmin tərəf özü sərbəst qaydada protokol müəyyənləşdirir və kimlərin görüşə dəvət olunmasına özləri qərar verirlər. İkinci səbəb odur ki, protokolda imkanlar az olub. Çünki bundan əvvəlki görüşlərdə biz də dəfələrlə görüşmüşük. Başqa bir səbəb o ola bilər ki, orda iştirak edən partiyalar son 20 ildə beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlıq ediblər. Bunu etiraf etmək lazımdır. Biz bu məsələdən narahat deyilik”.

Yeni siyasi qüvvə olan “REAL”-ın da görüşdə iştirak etməsinə münasibət bildirən partiya sədri hesab edir ki, belə görüşlərdə müəyyən meyarları da nəzərə alırlar.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm