• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Eks-nazir müavini “Aqrolizinq” ASC-də açılan cinayət işindən DANIŞDI – ÖZƏL

  • Nida.az
  • 3 İyun 2014 17:42
  • 2 097 Baxış
Eks-nazir müavini “Aqrolizinq” ASC-də açılan cinayət işindən DANIŞDI – ÖZƏL

Azərbaycanın kənd təsərrüfatı nazirinin sabiq müavini Bəhram Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri Cavanşir Qurbanov tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmasına münasibət bildirib.

Sabiq nazir müavini B.Əliyev Publika.az-a açıqlamasında deyib ki, “Aqrolizinq” ASC-də araşdırmalar uzun müddət idi aparılırdı: “Vaxtilə prokurorluq tərəfindən aparılan yoxlama nəticəsində 10-12 nəfər tutulub. O vaxt hələ mən nazir müavini idim. “2012-2013-cü illər arası vaxtlar idi, “Aqrolizinq” ASC-nin rəhbəri özü xahiş etmişdi ki, bu adamlar yoxlanılsın. Ancaq nazirlikdə bu sahə ilə mən məşğul olmamışam. Bildiyimə görə, “Aqrolizinq” ASC müstəqil təşkilat idi, ancaq müəyyən sahələrə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev baxırdı. Amma müəyyən sahələrə isə İqtisadiyyat və Sənaye Nazirliyi baxırdı”.

Xatırladaq ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı Kənd Təsərrüfatı Nazirliyinin Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovun “Aqrolizinq” ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edib kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması nəzərdə tutulan mineral gübrələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ayrı-ayrı şəxslərin adlarına satılmasını rəsmiləşdirməklə digər fiziki və hüquqi şəxslərə sataraq əldə etdiyi 64 min manat məbləğində pulu mənimsəmə və israf etmə yolu ilə talamasında, həmçinin ayrı-ayrı fiziki və hüquqi şəxslərə satdığı 987 min 480 manat məbləğində mineral gübrələrin dəyərinin dövlət büdcəsinə ödənilməsini təmin etməyərək dövlətin, eləcə də “Aqrolizinq” ASC-nin qanunla qorunan hüquqlarına və qanuni mənafelərinə zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR