• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İlham Əliyev: “Avropa Birliyi və Gömrük İttifaqı ilə bağlı qarşımızda seçim yoxdur”

  • Nida.az
  • 23 Yanvar 2014 20:09
  • 1 117 Baxış
İlham Əliyev: “Avropa Birliyi və Gömrük İttifaqı ilə bağlı qarşımızda seçim yoxdur”

“Azərbaycan Avropa İttifaqı ilə mümkün Assosiasiya nəzərdə tutmayıb. Lakin strateji tərəfdaşlıq variantını müzakirə edə bilərik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı RİA “Novosti”yə müsahibəsində bildirib.

Prezident deyib: “Belə bir şey planlaşdırmırıq. Hesab edirəm ki, Azərbaycan və Avropa İttifaqı arasındakı qarşılıqlı münasibətlər assosiasiyadan daha yüksək formalı əməkdaşlıq tələb edir. Onu da qeyd edim ki, “assosiasiya” sözü bizim üçün o qədər də qəbuledilən deyil. “Assosiasiyaya girmiş üzv” – bu necə tərəfdaşdır? Burada dəqiq izah yoxdur. Azərbaycan bütün mənalarda özü-özünə kifayət edir. Əlavə imtiyaz əldə etmək üçün istənilən inteqrasiya prosesinə girmək lazımdır. Hələ ki, assosiasiya layihəsi çərçivəsində bunu görmürük. Əməkdaşlığın başqa formaları, məsələn, strateji tərəfdaşlıq olarsa, o zaman, əlbəttə, biz bu məsələyə baxa bilərik”. Prezident yanvarın əvvəlində Aİ ilə Azərbaycan arasındakı strateji əlaqələrin gələcək formatının gələn il müəyyənləşəcəyini söyləyib.

İ.Əliyev Davosdakı çıxışında vurğulayıb ki, Azərbaycan çoxdandır, Aİ ilə bir çox istiqamətlərdə uzunmüddətli və kifayət qədər səmərəli əməkdaşlığa sahibdir: “Biz bu əməkdaşlığın istər energetika, istər iqtisadiyyat, istərsə də nəqliyyat sahələrindəki təzahüründən məmnunuq. Ölkə qarşısında Avropa İttifaqı və Gömrük İttifaqı (Gİ) ilə əməkdaşlıq məsələsi barədə seçim yoxdur. Gömrük İttifaqına üzv ölkələrlə olduqca fəal münasibətlərimiz var. Mal dövriyyəsi artır. Bütövlükdə, siyasi əlaqələr yüksək səviyyədədir. Azərbaycanın qarşısında heç vaxt hansısa seçim və ya alternativlə bağlı sual olmayıb. Biz həm Gİ, həm də Aİ üzvləri ilə əməkdaşlıq edirik”. /Salamnews/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR