Əli Ömərov: “4 iyun qiyamı ilə bağlı arxiv Milli Məclisdə qalır”
Bizi izləyin

Nida.az

Əli Ömərov: “4 iyun qiyamı ilə bağlı arxiv Milli Məclisdə qalır”

Sabiq Baş prokuror Əli Ömərov 21 il öncə 1993-cü il 4 iyununda baş vermiş Gəncə qiyamından danışıb.

Ə. Ömərov Publika.az-a açıqlamasında bildirib ki, həmin vaxtlar Azərbaycan tarixi üçün dönüş nöqtəsi idi: “Azərbaycanın dövlətçilik məsələsi təhlükə altında idi və nə yaxşı ki, bu baş vermədi. Amma mən 21 il sonra o məsələlərə yenidən qayıtmaq, yenidən danışmaq istəmirəm. Çünki mənasız hesab edirəm”.

Sabiq Baş prokuror qeyd edib ki, 4 iyun qiyamına Milli Məclis hüquqi qiymət verib.

“Mən həmin qiyamın kimlər tərəfindən törədildiyini yenidən təkrar etmək istəmirəm. Amma Milli Məclisin arxivlərində hər şey olduğu kimidir və cəmiyyətdə çoxları da bu şəxslərin kim olduğunu yaxşı bilir”,– deyə Ə. Ömərov vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin devrilməsi ilə nəticələnən 1993-cü il 4 iyun qiyamını 21 ili tamam olur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm