ABŞ seçkini “biabırçılıq” adlandırdı
Bizi izləyin

Nida.az

ABŞ seçkini “biabırçılıq” adlandırdı

Dünən Suriyada keçirilən prezident seçkisini ABŞ Dövlət Katibliyi sözçüsünün müavini Marie Harf “biabırçılıq” adlandırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Maire Harf bu gün mətbuat konfransı keçirib. Harf konfransda Suriya məsələsinə də toxunub. Harf azad cəmiyyətin olmadığı Suriyada bu seçkinin ağlasığmaz bir hərəkət olduğunu deyib:

“Həqiqətlərdən uzaqlaşmış və siyasi iştirakdan uzaq olan Əsəd rejiminin təşkil etdiyi seçki suriyalıların barış və rifah istəklərini yerinə yetirməyən, siyasi fərqlilikləri zalımca əzən sülalənin 40 illik mirasının davamıdır”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm