Nida.az
“4 iyun” qiyamına görə fəxr edirəm”- Araz Əlizadə
Müsavat başqanının müşaviri Hüseyn Məlik 1993-cü il 4 iyununda AXC-yə qarşı qiyamı həyata keçirənlərin adlarının açıqlayıb.
İsa Qəmbərin müşaviri bildirib ki, bu şəxslər Sürət Hüseynov, Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahlı, Ayaz Mütəllibov, Rəsul Quliyev, Araz və Zərdüşt Əlizadə qardaşları, Əlikram Hümbətov və digərləridir.
Zərdüşt Əlizadə bununla bağlı danışmaq istəmədiyini açıqlayıb.
Araz Əlizadə isə Publika.Az-a açıqlamasında bildirib ki, o “Gəncə qiyamı”na görə fəxr edir: “1992-ci ildə Azərbaycanda faşistlər dövlət çevrilişi edib hakimiyyətə gəlmişdilər və dövlətçiliyi məhv edirdilər. Biz həmin vaxt mötədil müxalifət mövqeyində durmuşduq. Bilmək istəyirdik ki, bunlar nə edəcəklər. Gördük ki, hərc-mərclik baş alıb gedir, qərara aldıq ki, barışmaz müxalifət mövqeyinə keçək. Onlar gözlənilmədən özlərinin qəhrəman düzəltdikləri Sürət Hüseynovu aradan götürmək qərarına gəldilər. Çünki özləri məğlub olurdu, Sürətin isə nüfuzu artırdı. Onun yanına bivec baş prokuror İxtiyar Şirinovu, fırıldaqçı Fəhmin Hacıyevi, MTN-nin birinci müavini olub özünü böyük mütəxəssis hesab edən Sülhəddin Əkbəri göndərdilər. Guya danışığa getmişdilər, amma korpusa hücuma keçdilər. Gözləmədiyimiz halda onlar məğlub oldular. Mən bu adamlara qarşı mübarizə apardığım üçün fəxr edirəm”.
A. Əlizadə qeyd edib ki, Əbülfəz Elçibəy Türkiyənin “Nərgiz” telekanalına müsahibəsində məğlubiyyətlərinin səbəbini açıqlamışdı.
“Jurnalist Elçibəydən soruşur ki, Azərbaycanda neçə partiya var. O cavabında deyir ki, zəif də olsa sosial demokratlar, milli istiqlalçılar üzdə olanlardır və bu partiyalar bizə qarşı çevrilişi həyata keçirdilər. Jurnalist bunun necə olduğunu soruşanda Elçibəyin cavabı belə oldu: “Onlar bizə ağıllı məsləhət verirdilər və bilirdilər ki, biz bunun əksinə edəcəyik. Əksinə etdik və nəticədə tələyə düşdük”-deyə o bildirib.
A. Əlizadə Sürət Hüseynovu cəmi iki dəfə gördüyünü deyib. Onun
sözlərinə görə, birinci dəfə baş nazir təyin olunanda, ikinci dəfə
isə sosialistlərin Bakıya gəldiyi zaman onu yaxından görüb: “İkimiz
də deputat idik, amma Sürət susan deputatlardan idi. Onunla mənim
yaxın təmasım olmayıb. Mən AXC-ni devirməmişəm, amma onlara qarşı
mübarizə aparmaqla fəxr edirəm. AXC faşizmini də kim deviribsə, ona
afərin deyirəm. Nə yaxşı ki, sonradan Heydər Əliyev gəldi və hər
şeyi yoluna qoydu”.
Asif
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia