İsa Qəmbər: ”Səndən, yar, sənə, yar, şikayətim var”
Bizi izləyin

Nida.az

İsa Qəmbər: ”Səndən, yar, sənə, yar, şikayətim var”

İsa Qəmbər:”Səndən, yar, sənə, yar, şikayətim var”

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qurultayına yer ayrılması ilə bağlı yaranmış problemlə əlaqədar hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova müraciət edib.

Partiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qurultaya yer ayrılması ilə bağlı müraciətə cavab verilmədiyi üçün Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdiklərini xatırladan İ. Qəmbər məhkəmənin gedişi ərəfəsində şəhərin mərkəzindən uzaqda yerləşən Mədəniyyət Evinin təklif olunduğunu bildirib.

Müraciətdə Müsavat Partiyasının tarixi xatırladılıb, partiyaya qurultay keçirilmək üçün ayrılan zalın qənaətbəxş olmadığı vurğulanıb.

E. Məmmədyarovdan AŞ Nazirlər Komitəsinin sədri kimi problemin həllinə yardım etməsi istənilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm